BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadının başqası ilə danışdığını düşündü, döydü, elektron qolbaq taxıldı - HÖKM

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Cövdət Səmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 4 il 2 ay 12 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub və Cövdət Səmədov dərhal saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilib.

 

İttihama görə, hadisə 02 sentyabr 2021-ci il tarixdə, saat 14 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-cı il təvəllüdlü Cövdət Səmədov birgə yaşadıqları evdə arvadı, zərərçəkmiş Zərifə Səmədovanın mobil telefonunda Bakı şəhər sakini ilə danışaraq ona xəyanət etməsini düşünüb. Daha sonra onların arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Bu zaman o, şillə, yumruq, təpik zərbələri və taxta parçası ilə arvadının bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Hadisədən sonra Cövdət Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 22 Avqust 2023, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin