BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xalqlar dostluğu” metrostansiyası ətrafında hərəkət müşkülə çevrilib - DYP-dən AÇIQLAMA

Bakının Nizami rayonu “Xalqlar dostluğu” metrostansiyası ətrafında hərəkət müşkülə çevrilib. Bu barədə şikayət edən vətəndaşlar bildirirlər ki, metrostansiyanın əhatəsində fəaliyyət göstərən mağazalar səbəbindən sürücülər avtomobillərini yolun ortasında saxlayırlar. Yolda cəmi bir zolaq açıq olduğuna görə sıxlıq yaranır. Bənzər problem axşamlar Nizami rayonundakı Mikayıl Əliyev küçəsində də müşahidə olunur. Burada da avtomobillə hərəkət etməyin mümkün olmadığı deyilir. Ərazidəki restoranlara gələnlər üçzolaqlı yolun ikisini bağlayırlar.

 

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib ki, sözügedən ərazilərdə həm kameralarla avtomatik rejimdə, həm də ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən mütəmadi olaraq lazımi tədbirlər görülür.

DYP sürücülərə müraciət etdi Pravda.az

“Bir daha qeyd olunan ərazilərə nəzarəti gücləndirmək üçün zəruri addımlar tərəfimizdən atılacaq. Qeyd etməliyik ki, qaydaları pozan şəxslərin də bilərəkdən yanlış seçim etməsi, yaşadığı ərazini düzgün qiymətləndirməməsi, məsuliyyətsizliyi, ətrafdakı digər insanlara qarşı düzgün olmayan münasibəti, özünü digərindən daha vacib hiss etməsi kimi hallar intizamsızlıq kimi qiymətləndiririk. Bütün bunlar yollarda ümumi nizama mənfi təsir göstərən əsas amillər kimi dəyərləndiririk. Bir qisim insanlar cərimələnməkdən şikayətlənəndə nədənsə öz hərəkətləri ilə narahatlıq yaratdıqları insanları düşünmür və yaranmış çətinliklərin səbəbkarı olduqlarını unudurlar. Qarşıdan daha məsuliyyətli olmağı tələb edən bir dövr başlayır. Şəhərin hərəkət dinamikası, nəqliyyat sıxlığı yeni tədris ilindən daha da artacaq. Hesab edirik ki, paytaxtda yaşayan və burada avtomobil idarə edən hər bir vətəndaş, hərəkət iştirakçıları gündəlik həyat tərzində yol hərəkəti qaydalarına münasibətini, yanaşma tərzini, davranışlarını dəyişməlidir ki, eyni məzmunlu problemlər yaşanmasın!”, - qurum rəsmisi deyib.

 

Aytəkin Qardaşova

Tarix: 22 Avqust 2023, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin