BURADA REKLAMINIZ OLA
BİLƏR

Samirə Bağırova: "Qadınlar kişilərdən daha çox pul qazanırlar, pis vərdişə meyilliliyin isə tərbiyə ilə əlaqəsi yoxdur"

Bəzi kişilər düşünürlər ki, onların pis vərdişlərə qurşanmasının əsas səbəbkarı qadınlardır. Bu qənaətdə olan bəylərin fikrincə, qadınlar deyingənlikləri, yersiz narazılıqları onları siqaret, içki və başqa vərdişlərə qurşandırırlar. Bəs görəsən kişilərdə bu cür psixologiyanın formalaşmasında günahkar doğrudan da qadınlardırmı?

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən tanınmış psixoloq Samirə Bağırova belə deyib:

 

“Nəzərə alsaq ki, ölkəmizdə ailələrdə uşağın tərbiyəsi ilə yalnız qadın məşğul olur, o zaman bu fikri deyənlər doğru deyirlər. Qadın nə qədər doğru övlad yetişdirməyə çalışsa da, oğlan uşağına ana tərbiyəsi qədər ata tərbiyəsi də vacibdir. Atalar, əfsuslar olsun ki, yalnız pul qazanmağı bəhanə gətirərək, ümumiyyətlə, tərbiyədə iştirak etmirlər. Bu gün qadınlar kişilərdən daha çox pul qazanırlar. Pis vərdişə meyilliliyin isə tərbiyə ilə əlaqəsi yoxdur. Bunun xislət ilə əlaqəsi vardır ki, bu da individualdır. Xislət nə genetikaya, nə tərbiyəyə, nə də başqa bir şeyə aiddir. İnsanlar bir-birilərini günahlandandırmağı buraxsalar, özlərinə nəzər salsalar, cavabı tapacaqlar. Sadəcə, kimsə eqoistliyindən özündə səhv görmək istəmir”.

 

S.Bağırova düşünür ki, içki, narkotik asılılığı bir seçimdir: “Deyingənliyə gəlincə isə hekayə etmək özü şikayətdir. Kişi şikayət edirsə, artıq deyinir, narazıdır. Həyat seçimlərdən ibarətdir. Kim hansı yolu seçirsə, bu, onun şəxsi seçimidir. Xislətin üzə çıxmasına, sadəcə, təkan lazım olur. Bəzən bu təkanı insana cəmiyyət, bəzən də yaxın sevdikləri verər. Seçim isə özünə qalar...”

 

Aytəkin Qardaşova

Tarix: 22 Avqust 2023, 15:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin