BURADA REKLAMINIZ OLA
BİLƏR

“Galatasaray”, “Beşiktaş”, “Fənərbaxça” və “Adana Dəmirspor”un Türkiyə çempionatında oyunları təxirə salındı

“Galatasaray”, “Beşiktaş”, “Fənərbaxça” və “Adana Dəmirspor” futbol komandalarının Türkiyə Super Liqasında bu həftə nəzərdə tutulan qarşılaşmaları təxirə salınıb.

 

Türkiyə Futbol Federasiyası Avropa kuboklarında çıxış edən komandaların ölkə çempionatında bu həftə keçirilməli olan oyunlarının təxirə salınmasına qərar verib.

 

Qeyd edək ki, Konfrans Liqasında çıxış edən “Fənərbaxça”nın rəqibi Niderlandın “Tvente” və “Adana Dəmirspor”un rəqibi Belçikanın “Genk” komandalarının ölkə çempionatlarında bu həftə keçirilməli olan oyunları da təxirə salınıb.

 

Türkiyə Super Liqasında bu həftə “İstanbulspor”-“Galatasaray”, “Fənərbaxça”-“Başakşehir” və “Adana Dəmirspor”-“Beşiktaş” qarşılaşmaları keçirilməli idi./APA

Tarix: 22 Avqust 2023, 18:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin