BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qanun nəşriyyatı” cərimələnə bilər

“Qanun nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibato protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi şirkətlə bağlı protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 23 Avqust 2023, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin