BURADA REKLAMINIZ OLA
BİLƏR

KFC, “Pizza Hut” və Simit sarayı restoranlar şəbəkəsinin sahibi məhkəmə verildi

“GFC” Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Azərbaycan Mərkəzi Bankı şirkətə protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatındadır.

 

Qeyd: şirkət beynəlxalq françayzinq müqaviləsi əsasında KFC, “Pizza Hut” və Simit sarayı restoranlar şəbəkəsinin sahibidir. Cəmiyyətə məxsus 30 restoran Bakı, Sumqayıt və Gəncə şəhərlərində  fəaliyyət göstərir.

 

Xəyal Quliyev

 

Tarix: 23 Avqust 2023, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin