BURADA REKLAMINIZ OLA
BİLƏR

"Nicat Lənkəranski"ni öldürmək istəyənlərin cinayət işi icraata verildi

Bakıda qəsdən adam öldürməyə cəhdə təqsirləndirilən Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədovun cinayət işi icraata verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Bu il martın 10-u saat 15 radələrində paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində aparılan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İstintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

 

Toplanmış sübutlar əsasında Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

 

Xatırlatma: Hadisə zamanı atəşə məruz qalan Nicat Əkbərov kriminal aləmlə əlaqələri olan şəxs olub. O, kriminal aləmdə "Nicat Lənkəranski" kimi tanınır. Nicat mərhum kriminal avtoritet "Rövşən Lənkəranski"nin yaxın adamı olub.

 

Kamal Məmmədov

Tarix: 23 Avqust 2023, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin