BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını qətlə yetirən şəxsə AĞIR CƏZA

Kürdəmir rayonunda qətl törətməkdə təqsirləndirilən Ruslan Əsədovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək iclas oktyabrın 31-nə təyin edilib. 

 

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Ruslan Əsədov barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilib.

 

Qeyd: 22.06.2021-ci il tarixdə 1981-ci il təvəllüdlü Ruslan Əsədovun Kürdəmir rayonu ərazisində öldürülməsi faktı ilə bağlı başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb. İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramazan Qurbanov şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Ruslan Əsədova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb. İş üzrə toplanan sübutlar əsasında Ramazan Qurbanova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 23 Avqust 2023, 10:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin