BURADA REKLAMINIZ OLA
BİLƏR

Qurban Yetirmişlidən zəlzələ ilə bağlı daha bir açıqlama: “Əhali gərək soyuqqanlılıqla yanaşsın, təbii hadisədir...”

“Azərbaycanın cənub bölgəsində baş verən təkanların güclü zəlzələyə səbəb olacağı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Zəlzələ gecə saat 01:23-də baş verdi. Maqnitudası 4,9, dərinliyi 35 kilometr oldu. Enerji ayrılması davam etdi. 20-yə yaxın xırda təkanlar olub, güclü enerji boşalması gedib. Bu da gərginlik vəziyyətini lap aşağı salıb. Qorxulu bir şey yoxdur ki, lap güclü təkan olsun. Əhali narahat olmasın. Daha güclü, dağıdıcı təkanların olma ehtimalı yoxdur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

 

“Xırda təkanlar həmişə var. Elə gün olmur ki, 20, 30, 40, 50, 60 və müxtəlif sayda təkanlar olmasın. Çoxları hiss olunmur. Əlbəttə ki, bu qədər təkanın içində hiss olunanı da olur. Əhali gərək buna soyuqqanlılıqla yanaşsın, təbii hadisədir. Şükürlər olsun ki, tək-tük hiss olunan təkan olur. Hər gün yerdaxili dinamik proseslər gedir. Çünki Azərbaycan seysmoaktiv bölgədə yerləşir. Zəlzələ ocaqları var. Parçalanmış tektonik qırılmalarla bağlı bütün bloklar hamısı hərəkətdədir. Bir də görürsən ki, müəyyən vaxtda hardasa gərginlik toplanıb və laylarda parçalanma gedir, dalğa zəlzələ formasında yayılır”, - Q.Yetirmişli bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 23 Avqust 2023, 12:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin