BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisini arvadına söydüyü üçün öldürübmüş

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vurğun Mehtiyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: 2021-ci il iyulun 30-u saat 15 radələrində Kürdəmir rayon, Dayıkazımlı kənd sakini, 1968-ci il təvəllüdlü Bəhmən Hümbətovun odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1987-ci il təvəllüdlü Vurğun Mehtiyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Bəhmən Hümbətovun baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Vurğun Mehtiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Xatırlatma: Qətlə səbəb Bəhmən Hümbətovun Vurğun Mehtiyevin arvadına söyüş söyməsi olub.

 

Kamal Məmmədov

Tarix: 23 Avqust 2023, 15:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin