BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti barəsində inzibati protokol tərtib olundu

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti barəsində inzibati protokol tərtib olunub.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən yazılıb.

 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır. Məhkəmə iclası sentyabrın 6-da keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 24 Avqust 2023, 08:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin