BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank “Zaman LDT”yə cərimə yazdı

Mərkəzi Bank “Zaman LDT” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol İnzibati Xətalar Məcəlləsinin 430-cu (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır. Məhkəmə iclası sentyabrın 6-da keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 24 Avqust 2023, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin