Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Firqət Məstiyevin cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd: 2022-ci il iyulun 6-ı saat 22 radələrində Yardımlı rayonu, Ostair kənd sakini, 1962-ci il təvəllüdlü Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında üzərində qətl əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyevin qeyd edilən tarixdə Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub əlindəki balta ilə sonuncunun baş və boyun nahiyələrinə xəsarətlər yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Yardımlı rayon prokurorluğunda maddəsi ilə cinayət işi başlanıb. Firqət Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Məhkəmə istintaqı zamanı Firqət Məstiyev Cinayət Məcəlləsinin (CM) 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 120.2.11-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərib ki, həmkəndlisi, mərhum Gülxar Məmmədova yaşadığı evin həyətyanı sahəsində olan kiçik həcmli dükanda ərzaq məhsulları satırmış. O, ara-bir həmin dükandan siqaret, ərzaq və s. aldığını deyib. Hadisədən təxminən 2-3 ay əvvəl Gülxarın dükanına gedərək ondan nisyə siqaret istəyib. Qadın isə ona nisyə siqaret verməkdən imtina edib. Gülxarın bu hərəkəti Firqətdə nifrət hissi yaradıb və ona pis təsir edib. 06 iyul 2022-ci ildə, saat 18 radələrində həmkəndliləri ilə birlikdə yaşadığı evdə yemək yeyib. Vaqif və Orxanla birlikdə 1 litr spirtli içdikdən sonra saat 21 radələrində həmkəndlisi Ramil Sadıqovun qızının toy məclisinə gedib. Toyda təxminən 5-10 dəqiqə oturduqdan sonra oradan çıxıb evinə qayıdarkən Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən dükanda olduğunu görərək ora girib. Təqsirləndirilən şəxsin sözlərinə görə, Gülxarla danışarkən qadın onu nəlayiq sözlərlə təhqir edib. Buna görə də qadını öldürmək qərarına gəlib. O, dükanın yanında odun doğranılan yerdə olan baltanı götürüb, içəri girib. Daha sonra Firqət balta ilə Gülxar Məmmədovanın baş nahiyəsinə 3 ardıcıl zərbə vurub. Bu zaman qadın yerə yıxılıb. O, qadının öldüyünə əmin olduqdan sonra baltanı yerə ataraq dükandan çıxıb yaşadığı evə tərəf gedib. Firqət Məstiyev qeyd edib ki, zərərçəkmiş şəxsə qarşı quldurluq etməyib, məqsədi yalnız onu öldürmək olub. O, törətmiş olduğu cinayətə görə peşmanlıq hissləri keçirmir, əksinə hesab edir ki, zərərçəkmiş şəxsi öldürməklə düz edib.
Kamal Məmmədov
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin