BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını döyən şəxsə 5 il həbs cəzası verildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Faiq Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 11 iyul 2022-ci il tarixdə, saat 11 radələrində Qusar rayonu, Əniq kəndində qeydə alınıb. Belə ki, 1970-ci il təvəllüdlü Faiq Həsənov evə sərxoş vəziyyətdə gəlib, arvadı zərərçəkmiş Nərminə Həsənova (şərti) ilə barışmaq istədiyini söyləyib. Onun mütəmadi olaraq spirtli içki qəbul etdiyindən həyat yoldaşı ilə aralarında mübahisə yaranıb. Həmin vaxt Faiq əvvəl oturduğu stulla qadının belinə vurub, daha sonra isə stolun üstündə olan şəkər qabı ilə başına qəsdən bir dəfə zərbə endirib. Nəticədə o, Nərminə Həsənovaya ağır xəsarət yetirib. Faiq Həsənov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 24 Avqust 2023, 10:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin