BURADA REKLAMINIZ OLA
BİLƏR

Parkda başlayan mübahisə qanla yekunlaşdı - CƏZA

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Bəhlul Bayramovun (şərti) cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

İttihama görə, Bəhlul Bayramov Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Heydər Əliyev adına istirahət parkında tanışı, zərərçəkmiş Qafar Qafarov (şərti) ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib. Daha sonra onlar parkla üzbəüz yerləşən binanın arxa tərəfinə keçiblər. Mübahisə zamanı zərərçəkmiş onun ünvanına söyüş söyüb. Bəhlul əvvəlcə yumruqla Qafarın sifətinə, sonra isə zərərçəkmiş şəxsin əlində bıçaq olduğunu güman edərək üzərində olan bıçaqla qəsdən onun sağ döş qəfəsinə bir dəfə, sol bel nahiyəsinə isə iki dəfə zərbə endirib. Nəticədə o, Qafar Qafarova ağır xəsarət yetirib. Bəhlul Bayramov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 24 Avqust 2023, 10:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin