BURADA REKLAMINIZ OLA
BİLƏR

Nərimanov RİH-dən Xalq artistinin yaşadığı ərazi ilə bağlı AÇIQLAMA

Nərimanov Rayon İcra Hakimiyyəti Xalq artisti Naibə Allahverdiyevanın yaşadığı ərazidə işıqlandırmanın olmaması, binanın blokunun qapısının kodsuz olması barədə müraciəti ilə bağlı münasibət bildirib.

 

Nərimanov RİH-dən Pravda.az-a verilən açıqlamada deyilib ki, Xalq artisti Naibə Allahverdiyevanın yaşadığı binanın girişlərində 2021-ci ildə təmir işləri aparılıb və binanın bütün giriş qapıları yenisi ilə dəyişdirilərək kodla açılan kilidlər quraşdırılıb: “Yerində keçirilmiş baxış zamanı binanın bütün giriş qapılarının kilidlərinin işlək vəziyyətdə olduğu müəyyən edilib. Həmçinin bildiririk ki, binanın həyətyanı sahəsinin işıqlandırılması yaxın gələcəkdə təmin olunacaq”.

 

Qeyd: Məsələ diqqətdə saxlanılacaq.

 

Aytəkin Qardaşova

Tarix: 24 Avqust 2023, 12:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin