“İmzalanan sənədlər Özbəkistanla Azərbaycan arasında əlaqələrin daha da dərinləşəcəyindən xəbər verir”.
Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Özbəkistan prezidenti Şafkat Mirziyoyevin Azərbaycana səfəri ilə əlaqədar danışarkən deyib.

O bildirib ki, son illər ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin intensivləşməsinin şahidi oluruq. Bu istiqamətdə mühüm yerlərdən birini də Özbəkistan tutur. Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Ümumiyyətlə, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb. İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilə mövcud olub. İki qardaş xalq arasında əlaqələr Sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. Ulu öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub”.
Politoloq deyib ki, müstəqillik əldə etdikdən sonra bu münasibətlər daha da inkişaf edib:
“Ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, eləcə də Heydər Əliyevin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib. 2004-cü il martın 23-24-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə ölkələr keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini bildiriblər. Təsadüfi deyil ki, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il martın 14-də səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Ümumiyyətlə, vurğulamaq lazımdır ki, rəsmi Daşkənd keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, 2021-ci il martın 31-də Türk Dövlətləri Birliyinin videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın işğaldan azad olunması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib”.
Y.Bağırzadə başqa bir faktı da nəzərə çatdırıb: “Hazırda Özbəkistanda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir. Şübhəsiz ki, Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib. Prezident Şavkat Mirziyoyev isə son dəfə 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olmuşdu. Bu dəfəki səfər isə Ş.Mirziyoyev yenidən Prezident seçiləndən sonrakı ilk dövlət səfəridir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri, eləcə də birgə təşkil olunan Azərbaycan-Özbəkistan biznes forumu iki qardaş ölkə arasında iqtisadi əlaqələrin yeni istiqamətlərini və yol xəritəsini müəyyən etdi. Bəlli oldu ki, hər iki ölkənin işgüzar dairələri həm ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq, həm də neft-kimya, qaz, mədənçıxarma, eləcə də nəqliyyat sektorlarında birgə layihələrin həyata keçirilməsi üçün investisiyaları əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindədirlər. Bunun fonunda isə Bakı ilə Daşkənd arasında əməkdaşlığın uzunmüddətli perspektivlərini müəyyən edən bir sıra sənədlər imzalandı, hansı ki hər iki qardaş ölkə üçün xüsusən də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir. Diqqətə çatdıraq ki, iki qardaş ölkənin qarşılıqlı səyləri sayəsində artıq bir sıra mühüm addımlar atılıb və son bir neçə ildə hər iki ölkənin işgüzar dairələri iqtisadi əməkdaşlığı möhkəm təməl üzərində həyata keçirirlər. Nəzərə almaq lazımdır ki, Bakı və Daşkənd Türk Dövlətləri Təşkilatının inteqrasiya təşəbbüslərində çox yaxından iştirak edir, regional nəqliyyat, tranzit və logistika layihələrində əməkdaşlıq edir, ikitərəfli ticarəti fəal şəkildə artırır. Özbəkistan tərəfdaş olaraq, ölkələrimiz arasında tranzitin genişlənməsinə öz töhvələrini verməkdədir.
Doğrudur, Özbəkistanın Xəzər dənizinə birbaşa çıxışı yoxdur, amma bu qardaş ölkə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və Orta Dəhlizin digər marşrutlarının iştirakçısı olan ölkələrin aktiv yükdaşıyıcısı, tərəfdaşıdır və bu gün mövqeləri Bakı və Daşkəndin tranzitini genişləndirmək, eləcə də Transxəzər dəhlizi boyunca yükdaşımaların həcmini artırmaqla tam üst-üstə düşür”.
Politoloq vurğulayıb ki, Azərbaycanla Özbəkistan arasında mülki aviasiya sahəsində əməkdaşlıq da çox fəal, intensiv şəkildə inkişaf etdirilir: “Son vaxtlar iki ölkənin aviaşirkətləri həftədə 15 uçuş həyata keçirirlər və xüsusilə vurğulamaq yerinə düşərdi ki, Bakı forumunun yekunlarına əsasən, hava hərəkətinin intensivliyinin artırılması ilə bağlı artıq razılıq da əldə olunub. Təbii ki, nəqliyyat sahəsində əməkdaşlığının yüksək dinamikası ticarət göstəricilərində də özünü göstərməlidir və göstərir də. Əgər 2017-ci ildə Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi nisbətən kiçik, daha dəqiq desək, 31,2 milyon dollar təşkil edirdisə, ötən il bu göstərici əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artaraq, 182 milyon dollara çatıb. Eyni zamanda nəzərə almaq lazımdır ki, 2023-cü ilin yanvar-iyun aylarında qarşılıqlı ticarət 1,7% artaraq 84,6 milyon dollar həddində olub. Ən sevindirici hal isə budur ki, iki qardaş ölkə bundan sonra, daha dəqiq desək, qarşıdakı beş il ərzində ikitərəfli ticarəti 1 milyard dollara çatdırmağı hədəfləyir. Xüsusilə qeyd edim ki, ortamüddətli perspektivdə Bakı və Daşkənd ümumilikdə 800 milyon ABŞ dolları məbləğində birgə layihələr üzərində işləyir. Elə bu səbəbdəndir ki, perspektivli sənaye və investisiya layihələrinin həyata keçirilməsi üçün kapitallaşma səviyyəsi 500 milyon ABŞ dolları olan birgə investisiya fondunun yaradılması haqqında hökumətlərarası saziş də imzalanıb”.
Y.Bağırzadə əlavə edib: “Özbəkistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində ümumilikdə 20 sənəd imzalanıb və bu sənədlər müxtəllif istiqamətdə münasibətlərin ən yüksək səviyyədə inkişafını nəzərdə tutur. Hazırda dünyada enerji resursları uğrunda mübarizə getdiyi və bu resursları əlində tutan ölkələrin geosiyasi arenada əsas söz sahibi olduğunu nəzərə alsaq, deyə bilərik ki, “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş” xüsusi önəm daşıyır. Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin enerji resurslarına, xüsusilə mavi qaza tələbatı artıb. Azərbaycan isə bu vəziyyətdən faydalanaraq Avropa bazarında əsas enerji oyunçusu olmaq istəyir. Müəyyən mənada buna nail olmuşuq. Lakin Qərbin mavi qaza və digər enerji resurslarına artan tələbini rəsmi Bakı təkbaşına qarşılaya bilməz. Ona görə də Azərbaycan region ölkələri ilə bu sahədə əməkdaşlıqda maraqlıdır. Təsadüfi deyil ki, SOCAR və “Uzbekneftegaz” uzun müddətdir, ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparırlar. “Uzbekneftegaz”ın Azərbaycanın neft-qaz təşəbbüslərinə, SOCAR-ın isə Özbəkistanın neft-qaz təşəbbüslərinə cəlb edilməsi üzrə planlar inkişaf etdirilib. “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş” də məhz bu inkişaf planlarının rəsmi şəkildə təsdiqlənməsi deməkdir. Özbəkistanla Azərbaycanı bir-birinə yaxınlaşdıran mühüm səbəblərdən biri də hər iki ölkənin regionda böyük güclərin hədəfində olması ilə bağlıdır. “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum” bu hədəflərin birgə dəf olunmasına hesablanıb. Düşünürəm ki, bu memorandum iki ölkənin xarici siyasətdə ortaq addımlar atmasına, ortaq maraqlar formalaşdırmasına səbəb olacaq. İmzalanan sənədlər içərisində xüsusilə önəm daşıyan sənəd, təbii ki, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi”dir. Belə ki, Azərbaycan və Özbəkistan bir çox sahələrdə geniş əlaqələrə malikdirlər. Bu əlaqələrin 2023-2024-cü illər ərzində daha da dərinləşdirilməsi ondan xəbər verir ki, Daşkənd Bakı ilə əlaqələri mərhələli şəkildə dərinləşdirmək, inkişaf etdirmək istəyir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan-Özbəkistan münasibətlərinin yüksələn xətlə inkişaf edəcəyi şübhə doğurmur”.
Aytəkin Qardaşova
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin