BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı musiqiçinin leyblı ilə çıxış edən rusiyalı ifaçının İrəvanda konserti ləğv edildi

Rusiyalı ifaçı Andronun İrəvanda baş tutacaq konserti ləğv edilib.

 

Avqustun 30-na planlaşdırılan konsert sosial şəbəkələrin erməni seqmentində yayılan nəşrlərdən sonra ləğv edilib. Tədbirin təşkilatçısı alınan biletlərin pulunu geri qaytaracaqlarını açıqlayıb.

 

Qeyd edək ki, Andro təsisçisi azərbaycanlı musiqiçi Elman Zeynalovun olduğu "Raava Music" (- red.) leyblı ilə çıxış edir./APA

Tarix: 24 Avqust 2023, 15:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin