BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış vəkilə protokol yazıldı, nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırıla bilər

Tanınmış vəkil Aqil Layıca inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) maddəsinə əsasən tərtib olunub.

 

İş Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 25 Avqust 2023, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin