BURADA REKLAMINIZ OLA
BİLƏR

“28 Mall”da müştərinin pul kisəsi oğurlandı

Bakıda bir müddət əvvəl ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki “28 Mall” ticarət mərkəzində baş verib.

 

Martın 9-da naməlum şəxs mərkəzdəki mağazaların birində paltar dəyişmə otağından müştəriyə məxsus, içərisində 516 manat olan pul kisəsini oğurlayıb.

 

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənə Qubadlı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunmuş, 1981-ci il təvəllüdlü T.Talıbzadə saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 29 Aprel 2020, 10:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin