BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət qurumu ilə 1 milyonluq holdinqin məhkəmə çəkişməsi

Bakı Kommersiya Məhkəməsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “CTC Holdinq” ASC-yə qarşı iddia üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası sentyabrın 18-nə təyin edilib.

 

Qeyd: Əmlak Məsələləri Dövlət Xidməti “CTC Holdinq” ASC-ni məhkəməyə verərək icarə müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Xatırlatma: "CTC Holdinq” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Nağıyev Məhəmməd Nağı oğluna məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 1 000 000 manat, dövlət qeydiyyatına alındığı tarix isə 27.02.1997-ci ildir. Holdinqə “Xızı Aqro Park” MMC, “Aqro Qida” MMC, “Xınalıq İM” MMC, “CTC Servis” MMC, “CTC İnvest” MMC, “MEAT DAİRY” MMC və “MİLK PRO” MMC daxildir. 

 

Kamal Məmmədov

Tarix: 25 Avqust 2023, 09:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin