BURADA REKLAMINIZ OLA
BİLƏR

“Reket QHT”lər ifşa olunmalıdır: Samir Adıgözəllinin DOSYESİ

1998-99-cu illərdə Azərbaycan ictimai-siyasi həyatında qəzet və partiya təsis etmək dövrün trendi idi. Bu mərhələdə siyasi partiyalar cərgəsinə vaxtilə Cəbhəçi olmuş, sonradan AMİP Gənclər Təşkilatında vaxt keçirmiş Samir Adıgözəllinin təsis etdiyi Böyük Millət Partiyası da qoşuldu. 1999-2000-ci illərdə mediada çalışanlar yaxşı xatırlayırlar ki, özündən boyda balaca, əsl “bodiqardalar” kimi qulaqcıqlı 2 cangüdənlə metroya düşən süni lider obrazı yaradan, çayxana stolunda yazdığı bəyanatları qəzet redaksiyalarına zəng edib təkidli xahişlə göndərən S.Adıgözəlli media üçün heç vaxt maraqlı fiqur olmayıb.

 

Siyasi dönüklük Samir Adıgözəlli üçün adi həyat normasıdır. 1998-ci il prezident seçiklərində AMİP sədri Etibar Məmmədovu qızğın şəkildə dəstəkləsə də, nəticə əldə olunmadığı üçün bəhanə ilə partiyada aradan çıxan da o idi.

 

Bu dəfə diqqətini siyasi mühitə yenicə və külli miqdarda vəsaitlə qoşulan Füzuli Məmmədov (Frenk Elkapone) çəkir. Bir müddət həmin partiyadan məvacib aldıqdan sonra oradan da biabırcasına qovuldu və yeni “qoltuq” axtarışına çıxdı. 

Samir Adıgözəlli “Böyük millət” qəzetini təsis etdi və ənənəvi “reket” fəaliyyətinə başladı. 2004-cü ildə BDU rektoru Abel Məhərrəmov barədə yazdığı yazıda böhtan atdığı üçün A.Məhərrəmov şərəf və ləyaqətin təhqir olunması ilə bağlı məhkəməyə müraciət etdi, nəticədə S.Adıgözəlli həbs edildi.

 

Prezidentin əfv fərmanı ilə 2006-cı ildə həbsdən azad olunan "Böyük Millət" qəzetinin baş redaktoru Samir Adıgözəlli keçirdiyi mətbuat konfransında həbsinə görə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əliyar Səfərlini ittiham etdi. Eyni zamanda Abel Məhərrəmov barədə yalan məlumat yaydığına görə, ondan üzr istədi:

 

https://modern.az/az/news/15503

 

Maraqlıdır ki, o, mediaya açıqlamasında həm həbsinin “qanunsuz” olduğunu deyib, həm də şikayətçi Abel Məhərrəmovdan üzr istəyib. Belə təzadlı bir tipdir Samir Adıgözəlli.

2005-ci il parlament seçkilərində namizədliyini 93 saylı Bərdə seçki dairəsindən irəli sürdü. Seçkidə biabırçı məğlub olan S.Adıgözəlli burada da cığallığından əl çəkmədi. O və digər məğlub namizdələrlə birgə mətbuat konfransı keçirərək seçkinin nəticələrini tanımadığını bildirdi.

 

https://az.trend.az/azerbaijan/politics/814738.html

 

Sonradan rüsvayçılıqdan sonra bir müddət “siyasi arena”dan çəkilən Samir Adıgözəlli Azərbaycan ictimai-siyasi həyatı üçün növbəti görünməmiş addıma imza atdı. Belə ki, onun rəhbərlik etdiyi müxalifyönlü Böyük Millət Partiyası hakimiyyətyönlü “Demokratik Azərbaycan Dünyası” partiyası ilə birləşdi. "Hər iki partiyanın ideoloji və siyasi baxışlarında fərq olmadığına görə birgə fəaliyyət barədə razılığa gəlinib" - deyə Samir Adıgözəlli açıqlama da verdi. Bu nədir? Siyasi savadsızlıq, ya növbəti maliyyə mənbəyi tapıntısı?

 

DADP-nin sədr müavini Mirkazım Seyidov isə o vaxt açıqlama verdi ki, BMP-nin partiyaya birləşməsi ilə bağlı müraciəti İdarə Heyəti tərəfindən müsbət cavablandırılıb. "Partiya Nizamnaməsinə əsasən, qrup şəklində birləşməyə razılıq verilmir. Ona görə Böyük Millət Partiyası siyasi fəaliyyətini dayandırıb və onun üzvləri fərdi şəkildə Demokratik Azərbaycan Dünyası Partiyasına qəbul olunub". Bildirdi ki, Böyük Millət Partiyasının sədri Samir Adıgözəlli Demokratik Azərbaycan Dünyası Partiyasının sədr müavini və mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

 

S.Adıgözəlli partiyada olduğu müddətdə Azərbaycanın Demokratik Azərbaycan Dünyası Partiyası 2008-ci ildə keçirilən prezident seçkisinin nəticələrinə dair rəyini açıqladı. 

 

https://az.trend.az/azerbaijan/politics/1322606.html

 

DADP sədrinin müavini, mətbuat və informasiya xidmətinin rəhbəri Samir Adıgözəlli səsvermə prosesini partiyanın 3563 müşahidəçisinin izlədiyini dedi. Həmin dövr üçün DADP-nin 3563 müşahidəçisinin olduğunu söyləmək qeyri-ciddiliyin son həddi olmalıdır. Bu azmış kimi, S.Adgözəlli oktyabrın 15-də saat 12:00 radələrində artıq partiyanın 260 mindən (!) çox üzvünün səs verdiyini utanmadan-çəkinmədən mediaya açıqladı. Deməyə söz qalmır.

 

S.Adıgözəllinin müstəsna xidmətləri ilə partiyada ikitirəliyik, qalmaqallar, gərginlik pik həddə çatdı, partiya 2 qanada parçalandı. Bu ərəfədə S.Adgözəlli partiyadan istefa verdiyini açıqlasa da, o zaman prosesləri izləyənlər dəqiq bilirdilər ki, partiyadan narazılıqların yaranmasının baiskarı əslində, istefa verməmişdi, partiyadan qovulmuşdu. 

 

Bir müddət Vaqif Arzumanlı, Əliyar Səfərli ilə birlikdə Hafiz Hacıyevin Müasir Müsavat Partiyasında vaxt keçirdi, burada heç bir gəlir yeri olmadığını görüb oradan uzaqlaşdı.

Bundan sonra Sabir Rüstəmxanlının rəhbərlik etdiyi DAK-a pənah gətirib. DAK-da olan şəxslərin söylədiyinə görə, S.Adıgözəlli burada da şakərindən qalmayıb, davamlı olaraq intriqaların, narazılıqların episentrində və baş rolda olub. S.Rüstəmxanlı maddi vəziyyəti ağır olan, sıxıntılar içində yaşayan keçmiş “siyasətçini” sırf bu səbəbdən məcburən qurumda saxlayıb. Mərhum tarixçi alim Vaqif Arzumanlı onu MQF nəzdində fəaliyyət göstərən, sonradan müstəqil QHT-yə çevrilən, İsmayıl Ağayevin rəhbərlik etdiyi Beynəlxalq Diaspor Mərkəzinə gətirib. Burada BDM sədrinin müavini və həmin mərkəzin “aparat rəhbəri” vəzifələrini tutub. O, paralel olaraq “Böyük Millət” qəzetinin nəşrini bərpa edib, bir müddət sonra isə eyni adlı sayt fəaliyyətə başlayıb. BDM QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə xaricdə bir neçə tədbir keçirib (Ukrayna, Çexiya, Türkiyə, Belçika, Rusiya və s. ölkələr) və S.Adıgözəlli hər dəfə bu səfərlərdə iştirak edib, xaricdəki diaspor nümayəndələri ilə əlaqələr qura bilib. Bu qurumda da çalışdığı müddətdə yenə ənənəvi xislətini nümayiş etdirirb, əməkdaşlar arasında intriqa, söz-söhbət və qalmaqallar yaratmağa nail olub. Belə demək mümkünsə, digər əməkdaşlardan heç biri S. Adgözəllinin bu xarakterinə görə onunla danışmayıblar, uzun müddət küsülü olublar.

 

İndi isə S.Adgözəllinin son illərdə sosial media fəaliyyəti əsasında obrazına nəzər salaq.

2014-cü ildə tarixçi-alim Vaqif Arzumanlı vəfat etdikdən sonra S.Adgözəlli onun təsis etdiyi “İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi”ni tam “ələ keçirib”. Alimin oğlu bəlli olmayan səbəblərdən S.Adgözəllinin təşklilata sahiblənməsinə etiraz edə bilməyib. Beləliklə, o, 2019-cu ildə sənədlərdə dəyişiklik edərək təşkilatını Ədliyyə Nazirliyində qeydiyyatdan keçirə bilib. Fəaliyyət göstərdiyi bu müddət ərzində (2019, 2020, 2021 və 2022-ci illərdə) QHT Şurasından (sonradan Agentlik) qrant layihələri alıb.

 

2023-cü iln 22 aprelində Agentliyin yaranmasının 2 illiyi münasibətilə təbrik də ünvanlayıb. O, Agentliyi ağız dolusu tərifləyir.

 

S.Adıgözəllinin yazdığı statuslarda buraxdığı qrammatik, üslub və orfoqrafik səhvlərinə görə onun necə bir “savad daşıyıcısı” olduğu qənaətinə gəlmək olar.

Bu şəxs zəbt etdiyi təşkilatın adını belə loqoda səhv yazan biridir.

 

Digər fakt: S.Adgözəlli yazır: “Agentlik qanunsuzluq edərək, qəbul edilmiş qaydaları kiminsə xətrinə dəyişərək 3 ayın təşkilatına 8000 manat qrant verir. Və bu tək hal deyil. Necə olur təşkilatlar var 5-10 ildir qeydiyyat gözləyir. Bunlar isə bir zəngə hər işlərini görürlər”.

 

Neçə illərdir QHT sektorunda olan, özünü jurnalist, sayt baş redaktoru kimi təqdim edən şəxs hələ bilmir ki, qeydiyyatdan keçən istənilən QHT qrant almaq hüququna malikdir. QHT-nin qrant alması üçün yeni, köhnə, tanınmış-tanınmamış olmasının heç bir maneəsi yoxdur, yetər ki, qaldırlan məsələ aktual və zəruri olsun, problemin həllini əhatələsin və görəcəyi işlər donordan istənilən vəsaitə adekvat olsun. QHT-nın tanınmış olması onun hər müsabiqə elanında mütləq qalib gələcəyi şərti heç bir qanunda yazılmayıb və yaxud heç tanınmayan QHT-nin təcrübəsizliyə görə qrant almaması şərti də heç yerdə yoxdur.

 

Çox maraqlıdır ki, S.Adgözəlli statuslarına yazılan şərhlərə əhəmiyyət vermir və qərəzli mövqeyindən dönmür. Onun savadsızlığını və qərəzliliyini təsdiq edən digər bir fakta nəzər yetirək. S.Adgözəlli yazır:

 

“Hazırda bir məqamı ictimaiyyətlə bölüşmək istəyirəm. Yeni Azərbaycan Partiyasının rəhbər şəxslərinə bu il üçün Agentlikdən verilən qrantlara: YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlbəyova və YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahovun rəhbəri olduqları təşkilatlara 9000 manat qrant ayrılıb. Hər kəsə sual edirəm, bu şəxsləri ictimai sektorda tanıyan varmı? Bu şəxslərin adına olan təşkilatların hansısa fəaliyyətindən məlumatınız varmı? Bəs yaxşı, bu şəxsləri kimlər himayə edir və qrant verdirir? Ola bilər bu şəxslər YAP da fəaldır. Bunun ictimai sektora nə dəxli var. Partiyadan yüksək maaş alırlar, ordada işləri ilə məşğul olsunlar. Bu hallar Agentliyin qrant siyasətinə daban - dabana ziddir”.

 

Əvvəla, S.Adıgözəlli hələ də bilmir ki, partiya mənsubiyyəti olan şəxsin QHT təsis etməsi, sədr olması, müsabiqədə iştirak etməsini qadağan edən qanun yoxdur. İkincisi, “Agentliyin qrant siyasəti” olmur, müsabiqənin təşkili və keçirilməsi qaydaları var. Söhbət siyasi partiyalara, hərəkatlara, siyasi koalisiyalara maliyyə verilməməsi haqdadır ki, S.Adıgözəlli bunları qarışdırır. Digər tərəfdən, QHT sədri pul-maliyyə məsələlərini yazmaqla əslində QHT fəlsəfəsi, ictimai sektorun cəmiyyətdəki rolu haqda öz dar düşüncəsini nümayiş etdirmiş olur. Bu düşüncə isə belədir: əgər bir QHT sədrinin işi varsa, maaş alırsa o müsabiqəyə layihə təqdim edə, qalib olub, fəaliyyət göstərə bilməz. Yəni, S.Adgözəllinin düşüncəsində QHT işi yalnız işsizlər üçün əlavə gəlir mənbəyidir.

 

 

QHT sədrinin 27 aprel 2023-cü il tarixdə yazdığı və FHN nazirinin də fotosunu əlavə etdiyi statusla savadsızlığı ilə yanaşı mahiyyətində gizlətdiyi şantajçı tipini də ortaya çıxarmış olur.

 

O, statusda FHN yanında İctimai Şuraya keçiriləcək seçkilər haqda söz açır, bildirir ki, seçkilərdə təşkilatın nümayəndəsi də iştirak edəcək. “İndi, mən FHN rəhbərliyinə müraciət edirəm! Bu gizlilik şəraitində təşkil edilən ictimai şura məsələsi ətrafında baş verən oyunları kimlər idarə edir və siz niyə bu işlərə şərait yaradırsınız?”

 

Əvvəla, QHT sədri hələ də bilmir ki, dövlət qurumunun rəhbərinin ictimai şuraya seçki ilə bağlı hər hansı müdaxiləsi yolverilməzdir. Bu ictimai iştirakçılıq fəlsəfəsinə ziddir. Mərkəzi orqan onun fəaliyyyətini müşahidə edəcək seçkili quruma nə göstəriş verə bilər? Qəribədir və əgər söhbət şantajçı tipdən gedirsə, təbiidir ki, ona bu barədə sosial media istifadəçisi irad bildirəndə isə S.Adıgözəlli özünəməxsus məntiqlə ittiham irəli sürür: “Birincisi nəyin doğru olub nəyin olmadığını yaxşı bilirəm, ikincisi nazirin işinin adı bəs nədir? Birbaşa özü münasibət bildirməlidir”.

 

“Reket jurnalist” və “reket QHT sədri”nin saxtakarlıqlarının siyahısı çox uzundur. Bəziləri üzərində dayanaq. Bir müddət əvvəl o, Türkiyənin İzmit şəhərində şəhid-general Polad Həşimovun adına salınmış bağla bağlı məlumat yayıb: “Ötən il ( 2022 il Noyabr ) İSBAM nin təşəbbüsü və təşkilatçılığı ilə İZMİT şəhərində, millətimizin qəhrəman oğlu , Şəhid General Polad Həşimovun adını daşıyan parkın açılışını etdik. Şəhərin gözəl yerində Paşamızın adına layiq belə bir park yerinə qərar verdiyinə və eyni zamanda parkın açılışında dəstəyinə görə İZMİT Bələdiyyə başqanı, dəyərli Türk siyasətçisi Fatma Kaplan Hürriyet xaniməfəndiyə bir daha xüsusi təşəkkürümü bildirirəm. Təbii ki, bu işlərdə böyük əməyi olan əziz dostum, Diasporumuzun ağsaqqalli Bilal Dündar başkanıma və yönetim kuruluna da bir özəl təşəkkürlər”.

 

Bundan sonra QHT agentliyinin rəhbərlərinə müraciətlə “neçə belə təşkilatınız var ki, 365 gün Azərbaycan naminə ölkədə və ölkədən kənarda fədakarlıq göstərsin, əmək versin. Təbii ki, bu fəaliyyətlər tarix qarşısında bir xidmətdir!” yazıb.

 

İndi həmin xəbərin Türkiyə mediasında yayılan linkinə, daha dəqiq desək İzmit bələdiyyəsinin saytında yayımlanan xəbərə baxaq: “Şehit Tümgeneral Polad Haşimov Parkı Tanıtım ve Anma Programı 13 Kasım Pazar günü İzmit Belediyesi ve Kocaeli Haydar Aliyev Kültür Evi Derneği ortaklığında gerçekleştirilecek”.

 

https://izmit.bel.tr/haber/sehit-tumgeneral-polad-hasimovun-adi-izmitte-yasatilacak-19391/

 

Bələdiyyənin saytında dəvətlilər arasında belə S.Adıgözəllinin adı çəkilmir. Doğrudur, tədbirdən çəkilən foto və videolarda açılış törəni üçün hazırlanmış bannerdə İSBAM adı qeyd olunub. Lakin, bu o demək deyil ki, Samir Adgözəllinin təşkilatı Şəhid-generalın xatirəsinə salınmış bağın ideya müəllifi və ya təşəbbüsçüsüdür. QHT sədri dostu Bilal Dindarın xahişi ilə həmin tədbirə çağırılıb.

 

Bu video linkdə https://www.youtube.com/watch?v=hiNqPjBUENg həmin tədbirdə edilən çıxışlar təqdim olunur. Çıxış edənlərdən heç kim S.Adıgözəllinin təşəbbüsündən, təşkilatçılığından danışmır.

 

Bu məlumat isə Pandemiya dövründə yayılmışdı. S.Adıgözəlli Polşa, Ukraynadan o qədər saxta məlumat yaymışdı ki, Polşanın Azərbaycandakı səfirliyi əsl həqiqətləri çatdırmaq üçün blogerlik edən bu şəxsi təkzib edən bəyanat yaymalı olmuşdu.

 

Onun 2021-ci ildə İstanbul Böyük Bələdiyyə Başqanı Əkrəm İmamoğlu ilə görüşünə görə hansı kateqoriyaya aid olduğu ayırd edə bilmədik. 31 mart 2021-ci ildə yaydığı məlumatda deyilir: “İSBAM sədri Samir Adıgözəlli Əkrəm İmamoğlu ilə görüşdü.

Qardaş Türkiyədə səfərdə olan İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin nümayəndə heyəti İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə görüşüb. Görüşdə İSBAM sədri Samir Adıgözəlli bu qədər gərgin iş qrafikində zaman ayırıb onları qəbul etdiyinə görə öz dərin təşəkkürünü bildirib. Azərbaycanın öz haqlı mübarizəsində hər zaman qardaş Türkiyəni yanında olduğunu qeyd edən İSBAM sədri onu da xüssu (belə də yazılıb-red.) ilə vurğulayıb ki, bütün xalqımız əmindir ki,bundan soınra da eyni şəkildə iki qardaş ölkənin münasibətləri artan dinamika ilə davam edəcək. Baş tutan görüşdən bir gün öncə II Qarabağ müharibəsində ölkəmizə informasiya dəstəyi verən Türk jurnalistləri mükafatlandırdıqlarını özəlliklə vurğulayan S.Adıgözəlli İstanbul Böyük şəhər bələdlyyəsinin hər zaman ölkəmizə dəstək olduğunu qeryd (qeyd olmalıdır-red.) edib.: (?-red.) İstanbul Böyük şəhər bələdlyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyə Azərbaycan münasibətlərinin öz ölkəsi üçün önəmini qeyd edərək ikili münasibətləri üçün əllərindən gələni əsirgəməyəcəklərini sözlərinə əlavə edib. Görüşün sonunda bələdiyyə sədrinə dəyərli xatirə hədiyyələri təqdim olunub”.

 

Bu fotolarda işarələnmiş şəxslərin kimliyi və S.Adgözəlli ilə əlaqələri haqda isə növbəti yazımızda bəhs edəcəyik:

Uzun müddət aptek, yeməkxana və s. ictimai iaşə obyektlərinə patronajlıq edən bu şəxsin vergidən yayınması üçün atdığı addımları, kimlərdən nələr xahiş etməsini, icra hakimiyyətlərindən şantajla tələb etdiyi torpaq sahələrini, ona dəstək verən digər QHT sədrlərinin adları da çəkə bilərik. Amma bunlarla istintaq məşğul olsa, yaxşıdır.

 

Son vaxtlar “QHT fədaisi” kimi ortalığa atılmasından isə belə anlaşılır ki, Samir Adıgözəlli nəyin üstündə həbsdə yatmasını unudub. Yoxsa bu qədər şər, böhtan atdıqlarından, təhqir etdiklərindən biri məsələni ciddiyə alsa, onu yenə məhkəməyə versə, görünür, xiffətini çəkdiyi dəmir barmaqlıqlara daha tez qovuşa biləcək.

 

“Reket QHT”lər cəmiyyətimizin daha bir ictimai bəlasıdır. Təmizlənməyin, onlardan xilas olmağın vaxtı çatıb. Vətəndaş cəmiyyətini sağlam qüvvələr təmsil etməlidir. Belə şəxslər barəsində isə hüquqi ölçü götürməyə tələsmək lazımdır. Onlar layiq olduqları yerlərdə oturmalıdırlar.

 

Demokrat.az

Tarix: 25 Avqust 2023, 15:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin