BURADA REKLAMINIZ OLA
BİLƏR

Özbəkistan lideri Şavkat Mirziyoyevin qızı Prezidentin köməkçisi təyin edilib

Özbəkistan lideri Şavkat Mirziyoyevin qızı Səidə Mirziyoyeva Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.

 

Bu barədə Özbəkistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Məlumata əsasən, Şavkat Mirziyoyev bu barədə sərəncam imzalayıb.

 

Qeyd edək ki, Səidə Mirziyoyeva ötən ilin noyabrından Özbəkistan Prezidenti Administrasiyasının informasiya siyasəti sektorunun müdiri vəzifəsində çalışır./APA

Tarix: 25 Avqust 2023, 16:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin