““Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”. Bu sözləri ümumilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında deyib. Bu gün Azərbaycan dövlətinin xarici siyasətinin əsas tərkib hissələrindən biri dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birliyinə nail olmaqdır. Azərbaycanın müstəqilliyini, birliyini, hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Uzun illərdir, azərbaycançılıq mövzusunda alim və tədqiqatçılar, ictimai xadim və yazarlar tərəfindən bir sıra dəyərli məqalələr, monoqrafiya və dərsliklər yazılıb, azərbaycançılığın əsasları, konseptual tərəfləri şərh edilib.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Heydər Əliyev azərbaycançılıq ideyasının banisidir.

“Heydər Əliyev 1990-cı illərin əvvəllərində hakimiyyətə gəldikdən sonra azərbaycançılıq ideologiyasının formalaşması, bazasının gücləndirilməsi istiqamətində çox mühüm addımlar atdı, böyük xidmətlər göstərdi. Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin təbliği istiqamətində xüsusi önəm daşıyan vacib qərarlar qəbul etdi. Bu gün Azərbaycan dünyada ən tolerant, multikultural ölkələrdən biridir. Azərbaycanda yaşayan bütün xalqlar sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır. Bunun da təməlində azərbaycançılıq ideyası durur. Heydər Əliyevin təməlini qoyduğu bu məsələlər Konstitusiyada öz mövcudluğunu təsbit etdi”, - deputat bildirib.
Ceyhun Məmmədov 2023-cü ilin “Heydər Əliyev İli” kimi qeyd olunmasına diqqət çəkib: “Heydər Əliyev həm Sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın tarixində çox böyük xidmətləri olan bir şəxsiyyətdir. Azərbaycanın daha da möhkəmlənməsi üçün davamlı addımlar atılıb, tədbirlər həyata keçirilib. Heydər Əliyevin bu il 100 illiyinin qeyd olunması həm də onun xidmətlərinin ən yüksək səviyyədə qeyd olunması anlamına gəlir. Heydər Əliyev mütəmadi olaraq insanlarla görüşər, Azərbaycanda yaşayan dini, milli azlıqların nümayəndələri ilə fikir mübadiləsi aparardı. Bu gün Azərbaycanda olan inkişafın, irəliləyişin kökündə məhz Heydər Əliyevin xidmətləri, Azərbaycançılıq ideyasının daha da güclənməsi üçün atdığı addımlar durur”.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov isə deyib ki, Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir: