BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəblər mayın 31-dək bağlı qalacaq

Türkiyədə təhsil müəssisələrinin bu il mayın 31-dək bağlı qalmasına qərar verilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Milli Təhsil Naziri Ziya Səlcuq mətbuat konfransında  bildirib.

 

Nazir deyib ki, bu müddətdə onlayn təhsilə davam ediləcək. O, bu dərs ilinin itirilmiş hesab olunmayacağını bildirib: “Şagird və tələbələr növbəti tədris ilində təhsillərini yeni sinif və kurslarda davam etdirəcəklər”.

 

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar mart ayında təhsil müəssisələrində tətil elan edilib.

 

 

Tarix: 29 Aprel 2020, 12:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin