BURADA REKLAMINIZ OLA
BİLƏR

“Volt Azərbaycan”a protokol yazıldı – 5 min manat cərimələnə bilər

“Volt Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Qida Təhlükəsizliyi Agentliyi protokolu İnzibati Xətalar Məcəlləsinin 544.2-ci (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 25 Avqust 2023, 17:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin