BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bu barədə danışmaq hələ tezdir" - Vitse-spiker icra başçısının həbsindən danışdı

Dövlət Təhlükəsizlik Xidmətinin bu gün Biləsuvar rayonu İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirdiyi barədə xəbər yayılıb. Məlumata görə, İcra Hakimiyyətinin binasına giriş qadağan edilib. Hətta icra başçısı Mahir Quliyev və bir neçə müavininin saxlanılaraq Bakıya gətirildiyi qeyd olunub.

 

Pravda.az-ın xəbərinə görə, məlumatı dəqiqləşdirmək üçün Milli Məclisin sədr müavini, Biləsuvardan seçilmiş deputat Fəzail İbrahimli bu barədə danışmağın tez olduğunu bildirib:

 

"Bu barədə danışmaq hələ tezdir. Nəticələri gözləyək. Nəticələrdən sonra düşüncələrimizi bölüşərik".

 

Qeyd edək ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Modern.az

Tarix: 29 Aprel 2020, 13:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin