BURADA REKLAMINIZ OLA
BİLƏR

Yanacaqdoldurma məntəqəsində daha bir partlayış: 58 nəfər yaralandı

Rumıniyanın paytaxtı Buxarest yaxınlığındakı Krevedia şəhərində mayeləşdirilmiş yanacaqdoldurma məntəqəsində daha iki partlayış baş verib.


Bu barədə yerli “Digi 24” telekanalı şəhər hakimiyyətinə istinadən məlumat yayıb.


Hadisədə yaralananları sayı 58-ə çatıb.


İlkin məlumata görə, qaz balonları partlayıb.


Telekanalın məlumatına görə, xəsarət alanlar arasında 39 yanğınsöndürən, iki jandarm və iki polis var.


Xüsusilə ağır vəziyyətdə olan 4 xəstənin Belçika və İtaliyadakı xəstəxanalara aparılacağı qeyd edilir.


Yanğının söndürülməsi işlərinə Norveç və Avstriyadan da dəstək verilib./APA

Tarix: 27 Avqust 2023, 08:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin