BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş təhsil nazirindən etiraf: “9 milyona yaxın savadsız insan var”

İranın sabiq təhsil naziri Yusif Nuri bildirib ki, 2015-ci ilin siyahıyaalınmasına əsasən, ölkədə 8 milyon 795 min təhsilsiz insan var.

 

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

 

Yusif Nuri ölkəsində təhsilin vəziyyəti ilə bağlı İran televiziyasının Təhsil kanalında çıxış edərkən deyib:

 

“Bizim İran Statistika Mərkəzinin açıqladığı hesabatlara əsaslanan 2015-ci ildə savadsızlar haqqında statistik məlumatlarımız var”.

 

Qeyd edək ki, İranda 9 milyona yaxın təhsilsiz insanın olması ölkə əhalisinin təxminən 10%-nin mütləq savadsızlığı deməkdir ki, bu da yüksək göstəricidir.

 

Tarix: 27 Avqust 2023, 19:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin