BURADA REKLAMINIZ OLA
BİLƏR

Tur avtobusu aşıb, 3-ü ağır olmaqla 26 nəfər yaralanıb

Türkiyənin Karaman vilayətinin Ermenek rayonunda tur avtobusu aşıb.

 

Hadisə nəticəsində 3-ü ağır olmaqla 26 nəfər xəsarət alıb.

 

Məlumata görə, tur avtobusu Susaklı məhəlləsi Ahmet Keleşoğlu Mədəniyyət Mərkəzinin arxasındakı yamaca qalxa bilməyib. Geriyə sürüşərək idarəetmədən çıxan avtobus bir evin həyətinə aşıb.

 

Qəzada avtomobilin sürücüsü də daxil olmaqla 26 nəfər xəsarət alıb.

 

Ermenek Dövlət Xəstəxanasına çatdırılan yaralılardan 3-nün həyati təhlükəsinin olduğu deyilir./Report

Tarix: 27 Avqust 2023, 19:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin