BURADA REKLAMINIZ OLA
BİLƏR

"Liverpul" "Nyukasl" üzərində qələbə qazandı

İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində "Liverpul" "Nyukasl" üzərində əzmkar səfər qələbəsi qazanıb.

 

Oyun 1:2 hesabı ilə yekunlaşıb.

 

Görüşdə ilk qolu ev sahiblərinin yarımmüdafiəçisi Entoni Qordon 25-ci dəqiqədə vurub. Bundan 3 dəqiqə sonra "qırmızılar"ın müdafiəçisi Vircil van Deyk qırmızı vərəqə alaraq meydanı tərk edib.

 

Lakin bununla belə "mersisaydlılar" qələbə əzmini qoruyub saxlayıblar.

 

Belə ki, 81-ci dəqiqədə qonaq komandanın hücumçusu Darvin Nunyes matçda hesabı bərabərləşdirib, əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə isə dubl edərək komandasına qələbə qazandırıb.

 

"Liverpul" 7 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində 4-cü yerdə qərarlaşıb, "Nyukasl" isə 3 xalla 13-cü yeri tutub./Report

Tarix: 27 Avqust 2023, 22:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin