BURADA REKLAMINIZ OLA
BİLƏR

"Kapital Bank”ın 79 minini mənimsəyən keçmiş əməkdaşı hökmdən narazıdır

İpoteka vəsaitlərini mənimsəməkdə təqsirləndirilən “Kapital Bank” ASC-nin əməkdaşı Cahandar Əmrahlının barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 29-na təyin edilib. Şikayət hakim Anar Tanrıverdiyevin sədrliyi ilə araşdırılacaq.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Əmrahlı 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

 

Qeyd: C.Əmrahlının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ipoteka krediti üçün işlədiyi banka müraciət etmiş ayrı-ayrı şəxslərin ödədiyi külli miqdarda vəsait və sığorta haqlarını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham elan edilib, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. İstintaq zamanı vurulmuş ziyanın 79 min 100 manat hissəsinin ödənilməsi təmin edilib.

 

Kamal Məmmədov

Tarix: 28 Avqust 2023, 08:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin