BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı qadınları Türkiyəyə aparan şəxs yenidən məhkəmə qarşısında

İnsan alverində təqsirli bilinən Kəmalə Cəfərovanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası avqustun 31-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Cəfərova 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri iki və daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məlumata görə, K.Cəfərova cinayət əməllərini 2016 və 2019-cu illərdə həyata keçirib. O, 2016-cı il avqustun 1-dən 16-dək zərərçəkmiş 43 yaşlı N.A-nı, 2019-cu il mayın 11-dən 16-dək olan dövr ərzində isə 34 yaşlı Ş.M-nı Türkiyənin Konya şəhərinə aparıb. Daha sonra isə orada qurbanlarını cinsi istismara məcbur edib. Hər iki zərərçəkmişin Bakının Binəqədi rayonundan Türkiyəyə aparıldığı bildirilir.

 

Kamal Məmmədov

Tarix: 28 Avqust 2023, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin