BURADA REKLAMINIZ OLA
BİLƏR

On bir il əvvəl adam öldürərək Rusiyaya qaçan şəxsə cəza verildi

Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlaxda bir neçə il əvvəl qəsdən adam öldürməkdə təqsirləndirilən Səbuhi Səmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2012-ci il sentyabrın 27-də Yevlax rayonunun Havarlı kəndində qeydə alınıb. Belə ki, Mingəçevir sakini, 1986-cı il təvəllüdlü Qarayev Rauf Eldar oğlu və atası 1957-ci il təvəllüdlü Qarayev Eldar Qüdrət oğlu Havarlı kənd qəbiristanlığında şəxsi münasibətlər zəminində naməlum şəxslərlə baş verən dava zamanı bıçaqlanıblar. Rauf Qarayev aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib, atası isə ağır vəziyyətdə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib. Qətli törədən şəxslər hadisə yerindən qaçıb. Daha sonra hadisə yerindən qaçan Mehman Əmrahov, Xəyal Fərzanlı və Qasım Qasımov polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar. Səbuhi Səmədov isə Rusiyaya qaçaraq uzun müddət istintaqdan gizlənib. Faktla bağlı Yevlax rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb.

 

Kamal Məmmədov

Tarix: 28 Avqust 2023, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin