BURADA REKLAMINIZ OLA
BİLƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş vəzifəliləri məhkəmə qarşısında

Mənimsəmədə və digər əməllərdə təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı Ərazi Məşğulluq Mərkəzinin sabiq rəhbəri Ağayev Azər Vəkil oğlu və mərkəzin keçmiş baş mühasibi Mustafayev Rauf Abış oğlunun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 29-na təyin edilib.

 

Şikayət hakim Salman Hüseynovun sədrliyi ilə araşdırılacaq.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökme ilə sabiq müdir Cinayət Məcəlləsinin 314-cü (Səhlənkarlıq) maddəsi ilə təqsirli bilinib. Lakin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməyib və cinayət məsuliyyətindən azad edilib. 18 saylı Ərazi Məşğulluq Mərkəzinin keçmiş baş mühasibi Rauf Mustafayev isə Cinayət Məcəlləsinin 308 və 179.3.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə) maddələri ilə təqsirli bilinib. Ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib və məhkəmə zalındaca həbs edilib.

 

Qeyd: Araşdırmalar zamanı baş mühasibin elektron sistemə saxta məlumatar daxil etməklə 90 min manata yaxın pul mənimsəməsi müəyyən edilib. Məhkəmədə təqsirləndirilən şəxslərə qarşı mülki iddia da təmin edilib və dövlətə dəymiş ziyanın onlardan tutulmasına qərar verilib. Onu da əlavə edək ki, hər iki şəxs 2020-ci ildə rəhbər vəzifəyə təyin edilib. 2021-ci ildə isə onların əməlləri üzə çıxıb və işdən çıxarılıblar.

 

Kamal Məmmədov

Tarix: 28 Avqust 2023, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin