BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını öldürmək istəyən qısqanc ər hökmdən şikayətçidir

İmişlidə arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Xanoğlan Quliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 30-na təyin edilib.

 

Şikayət hakim Kamil Bəşirovun sədrliyi ilə araşdırılacaq.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: 2022-ci il iyulun 21-i saat 6 radələrində İmişli rayon sakini Günel Abdullayevanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1983-cü il təvəllüdlü Xanoğlan Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Günel Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Xanoğlan Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İttihama görə, o, arvadənı qısqanclıq zəminində öldürmək istəyib.

 

Kamal Məmmədov

Tarix: 28 Avqust 2023, 09:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin