BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir polis mayoruna yüksək rütbə verdi

Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) şəxsi heyətlə iş üzrə rəis müavini Gündüz Yusubovun rütbəsi artırılıb.

 

Pravda.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, polis mayoru Gündüz Yusubova polis polkovnik-leytenantı rütbəsi verilib.

 

Nazirin digər əmri ilə Gündüz Yusubov əla xidmətlərinə görə döş nişanı ilə təltif edilib.

 

Qeyd edək ki, Gündüz Yusubov bu ilin mart ayında Gədəbəy RPŞ-nin rəisinin şəxsi heyətlə iş üzrə rəis müavini təyin edilib.

 

O, daha əvvəllər Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

 

Kamal Məmmədov

Tarix: 28 Avqust 2023, 17:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin