BURADA REKLAMINIZ OLA
BİLƏR

Müalicə və sağlamlıq mərkəzini cərimə gözləyir

"Naftalan müalicə və sağlamlıq mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Naftalan Şəhər Məhkəməsinin hakimi Ayaz Səlimovun icraatındadır. Məhkəmə iclası sentyabrın 12-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 29 Avqust 2023, 08:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin