BURADA REKLAMINIZ OLA
BİLƏR

"Banu" verilişinə görə tənqid olunan Nazilə Səfərli: "Xoşu gəlməyən baxmasın, reytinq sözünü deyir..."

Şairə Nazilə Səfərli "Space" TV-də yayımlanan aparıcısı olduğu "Banu" verilişinə görə tənqid olunur. Sosial şəbəkələrdə N.Səfərlini tənqid edənlər bildirirlər ki, şairə "Banu" verilişinin iştirakçılarına şəxsi suallar verir, verilişin də formatını dəyişib. "Banu"nun 17 illik daimi izləyiciləri bu verilişi Günel Həsənzadənin təqdimatında daha çox sevdiklərini dilə gətiriblər. "Space" TV-nin "Facebook" səhifəsində "Banu" verilişindən paylaşılan görüntülərə "bu verilişin öz Banusu vardı, o da getdi", "Nazilə Səfərli "Banu"nu dedi-qodu, aqressiv, boş söhbətlərlə dolu verilişə çevirdi", "belə insanları televiziyaya buraxmayın"... kimi şərhlər yazılıb.

 

Səslənən tənqidlərlə bağlı Pravda.az Nazilə Səfərlinin mövqeyini öyrənməyə çalışıb.

 

Şairə əməkdaşımızın suallarına belə cavab verib:  "Heç kimin ağılı ilə oturub-durmuram. Xoşu gəlməyən baxmasın. Reytinq sözünü deyir..."

 

Xatırlatma: "Banu" layihəsinin aparıcısı Günel Həsənzadə bir müddət əvvəl xaricə köçdüyü üçün proqramın aparıcılığı Nazilə Səfərliyə həvalə olunub. 

 

Aytəkin Qardaşova

Tarix: 29 Avqust 2023, 11:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin