BURADA REKLAMINIZ OLA
BİLƏR

Ayda 1000 dollardan çox maaş verir, amma işçi tapa bilmir

Türkiyədə koronavirusa qarşı görülən tədbirlər çərçivəsində sərhəd qapılarının bağlanması ilə ölkəyə xaricdən işləməyə gələn xarici əmək miqrantlarının də sayı sıfıra enib. Buna görə hazırda tarlalarda işləmə adam tapılmır.

 

Pravda.az-ın xəbərinə görə, Trabzonda çay tarlalarının sahibləri gündə 250 tl (təxminən 37 dollar) verməklə aylıq qazancı 7500 tl (1073 dollar) ilə fəhlə axtarsalar da, işçi tapılmır.

 

Rizə, Trabzon, Artvin və Girəsunda çay tarlaları sahibləri məhsulun yığılmasına az qalsa da, tarlaya çıxaracaq adam tapmadıqlarından gileylənirlər.Hər il xaricdən gələn 40 min nəfər işçi bu il onlara kömək edə bilməyəcəyinə görə tarla sahibləri çıxış yolları axtarmaqdadırlar.

Tarix: 29 Aprel 2020, 18:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin