BURADA REKLAMINIZ OLA
BİLƏR

“Access Bank"la bağlı məhkəməyə bu tarixdə keçiriləcək

“Access Bank" QSC-nin barəsində yazılmış cərimə protokolu ilə bağlı məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsində keçiriləcək proses sentyabrın 1-nə təyin edilib. İş hakim Murad Məmmədovun sədrliyi ilə araşdırılacaq. 

 

Qeyd: “Access Bank" QSC-nin barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-ci (Əmək qanunvericiliyinin pozulması, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. 

 

Kamal Məmmədov

Tarix: 30 Avqust 2023, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin