BURADA REKLAMINIZ OLA
BİLƏR

“Al Market”də işləyən qohumunu bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsinə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xalid Dadaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunub və Xalid Dadaşov məhkəmə iclas zalında həbs edilib.

 

İttihama görə, hadisə 16 fevral 2023-cü il tarixdə, saat 12 radələrində Cəlilabad rayonu, Ağdaş kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində qeydə alınıb. Belə ki, Xalid Dadaşovun qaynı, zərərçəkmiş Əli Əmirovun (şərti) atası təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlədib. Bu zaman onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə o, üzərində gəzdirdiyi bıçaqla ailəsinin gözü qarşısında Əli Əmirovun qarın nahiyəsinə zərbə endirib. Xalid Dadaşovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Qeyd: Əli Əmirov rayon ərazisində fəaliyyət göstərən “Al Market”də satıcı-kassir vəzifəsində çalşır.

 

Kamal Məmmədov

Tarix: 30 Avqust 2023, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin