BURADA REKLAMINIZ OLA
BİLƏR

Gecə cüllüt ovuna getdi, qohumunu güllələyərək öldürdü – CƏZA

Lerik Rayon Məhkəməsində ehtiyatsızlıqdan adam öldürmə təqsirləndirilən Namiq Lalayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Atabəy Kiçibəyovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə qeyd olunub ki, Namiq Lalayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsini onun şikayətini təmin etməyib.

 

İttihama görə, hadisə 09 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində Lerik rayonunun Vamazğon kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1977-ci il təvəllüdlü Namiq Lalayev “Piyozə çol” deyilən sahəyə cüllüt ovuna gedib. O, fənər işığı ilə yamacda cüllüt axtararkən işıq şüasının altına düşən, kol dibində parıldayan göz görüb və axtardığı ov olduğunu zənn edib. Namiq təxminən 15 metr məsafədən işıldayan hədəfə özündə olan qanunsuz saxlayaraq gəzdirdiyi ov tüfəngindən bir dəfə atəş açıb. Bu zaman təqsirləndirilən şəxsin atəş açdığı hədəf ayağa qalxaraq ona tərəf addımlayıb. Namiq həmin şəxsi səsləyib kimliyini soruşub. O, atəş açdığı şəxsin həmkəndlisi və uzaq qohumu, zərərçəkmiş Sənan Mayılov (şərti) olduğunu görüb. Nəticədə Namiq zərərçəkmişə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə onu ehtiyatsızlıqdan öldürüb. Onun barəsində Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 30 Avqust 2023, 10:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin