BURADA REKLAMINIZ OLA
BİLƏR

Taksi sürücülərinin ödənişli təlimlərə cəlb edilməsi narazılıq yaratdı - "Söz-söhbət olmaması üçün sertifikatlar ödənişli olmaya da bilərdi..."

“Taksi sürücülərinin təlimlərə cəlb olunması müsbət haldır. Dünyanın hər yerində xidmət sahəsində belə yoxlamalar, imtahanlar, təlimlər var və olmalıdır. Çünki insanların daşınmasında iştirak edən sürücülərin avtomobili normal idarə etmələri, yol hərəkəti qaydalarını, taksinin tam fərqli fəaliyyət növü olduğunu bilmələri önəmlidir. Bunların bilməyənlərə yüngül təlimlər vasitəsilə öyrədilməsini məqbul hesab edirəm. Sertifikatların ödənişli olması isə vəziyyəti gərginləşdirir”.

 

Bu sözləri Pravda.az-a Ağ Partiyanın sədri Tural Abbaslı taksi sürücüləri üçün nəzərdə tutulan təlimlərin ödənişli olmasının narazılıq yaratmasına münasibət bildirərkən deyib.

“Deyə bilərlər ki, xidmət haqqıdır, 5 gün təlim olur, günə 15 manat düşür və s. Amma söz-söhbət olmaması üçün sertifikatlar ödənişli olmaya da bilərdi. İnanmıram ki, bu ödənişlərlə dövlət büdcəsinə xüsusi bir məbləğ daxil olur. Sürücülərin pulsuz təlimə getmələri daha yaxşı olardı. Dövlətin marağındadır ki, taksi xidməti daha keyfiyyətli olsun. Təlimləri ona görə pullu ediblər ki, kimlərsə hər dəfə təkrar-təkrar gələndə ödəniş məsələsini də nəzərə alsınlar, çalışsınlar ki, təlimlərdə birinci, yaxud ikinci dəfədən keçsinlər. Prosesin özü qəbulediləndir. Məbləğ 75 manatdırsa, bir dəfə üçün çox böyük rəqəm deyil. Sonradan artarsa, onda problem ola bilər. Bir sözlə, təlimlər ödənişli olmaya da bilərdi, amma ödənişli olması o qədər də faciə deyil”, - partiya sədri bildirib.

 

Aytəkin Qardaşova 

Tarix: 30 Avqust 2023, 12:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin