BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu ölkədə TikTok-a qadağa qoyulacaq

Qırğızıstanda TikTok-a qadağa qoyulacaq.

 

Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə TikTok-un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verdiyini açıqlayıb.

 

Məlumata görə, qərarın qanunvericilik çərçivəsində reallaşması üçün artıq Rəqəmsal İnkişaf Nazirliyinə müraciət göndərilib.

 

Mədəniyyət Nazirliyindən bildirilib ki, bir sıra qeyri-hökumət təşkilatlarından uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən “TikTok” sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı şikayətlər artıb./Trend

Tarix: 30 Avqust 2023, 13:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin