BURADA REKLAMINIZ OLA
BİLƏR

"Alo Taxi" şirkəti ilə bağlı məhkəmə başladı

Sumqayıt Şəhər Məhkəməsində taksi fəaliyyəti göstərən “Alo Taxi” MMC-nin barəsində yazılmış cərimə protokolu ilə bağlı məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.

 

Qeyd: "Alo Taxi” MMC barəsində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 31 Avqust 2023, 09:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin