BURADA REKLAMINIZ OLA
BİLƏR

Bazar günü hava dəyişkən buludlu olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında dekabrın 1-də hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq.

 

ETSN-dən Pravda.az-a verilən məlumata görə, havanın temperaturu  gecə 8-10°, gündüz  12-15° isti, Bakıda gecə 8-10°, gündüz  13-15°  isti olacaq.

 

Atmosfer  təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək.

 

Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.  

 

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-9° isti olacaq.

Tarix: 30 Noyabr 2019, 13:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin