BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur kərpic zavoda cərimə protokolu yazıldı

"Gilan-Kərpic Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokolu yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən yazıb.

 

İş Qəbələ Rayon Məhkəməsinin hakimi Elman İsayevin icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 31 Avqust 2023, 11:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin