BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərişıq" ASC-yə qarşı məhkəmə qərarı açıqlandı

Bakı Kommersiya Məhkəməsində Abşeron rayonunun Masazır bələdiyyəsinin "Azərişıq" ASC-yə qarşı iddia üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay Namazovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, iddia rədd edilib.

 

Qeyd: Abşeron rayonunun Masazır bələdiyyəsi "Azərişıq" ASC-ni məhkəməyə verərək sair işlər və digər mübahisələr barədə tələb irəli sürüb.

 

Kamal Məmmədov

Tarix: 1 Sentyabr 2023, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin