BURADA REKLAMINIZ OLA
BİLƏR

Vitse-spiker müxalifətçi bloqeri vurdu

Ermənistan Parlamentinin vitse-spikeri Alen Simonyan çərşənbə günü müxalifçi bloqer Artur Danielyanla mübahisə zamanı başı ilə onun sifətinə zərbə endirib.

Pravda.az-ın xəbərinə görə, tərəflər arasındakı davanı əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, vitse-spiker bloqerin söyüş söyməsindən sonra bu addımı atmağa məcbur olub.

Parlamentdə hakim "Mənim addımım" bloku hadisəni təsdiqləyib. 

Onların hər ikisi tibbi yardıma ehtiyacları olduğunu bildirib. 

Hüquq-mühafizə orqanları parlamentdə baş verən sözügedən hadisəyə münasibət bildirməkdən imtina edib.

Tarix: 30 Aprel 2020, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin